
Rusiyanın Ukraynaya hücumu bu ölkədə fəaliyyət göstərən Azərbaycandan olan biznesmenlərə də ciddi zərərlər vurub.
Gununsesi.info-nun özəl mənbədən əldə etdiyi xəbərə görə, əslən Naxçıvandan olan tanınmış iş adamı İman Quliyevin Kiyev ətrafında inşa etdirdiyi yaşayış kompleksi raket hücumu nəticəsində dağıdılıb.
Məlumata görə, həmyerlimizə dəyən zərərin ortalama məbləği 120 milyon dollar qiymətləndirilib.
Elmar Elnuroğlu
Gununsesi.info