Rusiya qoşunları şərqə keçməyə çalışırlar – EKSPERT

  • By admin
  • 23 Aprel 2022 19:45

Rusiyanın Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsi fonunda rus qoşunları Nikolayevə doğru irəliləmək və Dnepropetrovsk vilayətinin sərhədlərinə çatmaq cəhdlərindən əl çəkmirlər.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musienko deyib.

Donbasdakı vəziyyətdən danışan ekspert qeyd edib ki, işğalçılar bu istiqamətdə o qədər də tələsmirlər, lakin onlar Ukrayna Silahlı Qüvvələrinin bölmələrini mühasirəyə almaq cəhdlərini də dayandırmırlar.

Musienkonun sözlərinə görə, İzyum və Mariupol bölgəsində vəziyyət ağırdır.

Ekspert həmçinin qeyd edib ki, digər çətin istiqamət cənubdur, burada rus qoşunları da Maryinka bölgəsindəki qruplaşma ilə əlaqə yaratmaq üçün Qulyaipol və Poloq bölgələrində şərqə keçməyə çalışırlar.

Gununsesi.info