
Ağstafada iki avtomobil toqquşub.
Gununsesi.info xəbər verir ki, hadisə Poylu kəndində qeydə alınıb.
“Lada Priora” və “VAZ-2106” markalı avtomobilərin toqquşması nəticəsində Gədəbəy rayon sakini, 1937-ci il təvəllüdlü Qasımov Mehvalı Mehtalı oğlu xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Gununsesi.info