
Sui-qəsd nəticəsində öldürülən keçmiş ABŞ prezidenti Con Kennedinin qardaşı oğlu Robert F. Kennedi 2024-cü il prezident seçkilərində Demokratlar Partiyasının prezidentliyə namizədi olmaq üçün müraciət edib.
Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, 69 yaşlı Kennedi qətlə yetirilən senator Robert Kennedinin oğludur.
Ətraf mühit üzrə hüquqşünas kimi fəaliyyət göstərən Kennedi həm də peyvənd əleyhinə təbliğatçıdır.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden hələ rəsmi olaraq namizədliyini elan etməyib. Lakin Baydenin yenidən prezidentliyə qoşulacağı gözlənilir.
Tərcümə:
Şəbnəm
Gununsesi.info