
İranın Şiraz şəhərinin Adilabad və İsfahan şəhərinin Dəstgerd həbsxanalarında biri qadın olmaqla beş məhkum edam edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.
Edam edilənlərin narkotik maddələrinin alveri və qətldə ittiham olunduqları bildirilib.
Qeyd edək ki, cari ilin ilk iki ayı ərzində İranda 138 məhkum edam edilib.
Gununsesi.info