Cənubi Koreyada helikopter qəzası

Cənubi Koreyanın Yanqyan bölgəsində mümkün meşə yanğınlarını aşkar etmək üçün havaya qalxan helikopter qəzaya uğrayıb.

Gununsesi.info xəbər verir ki, “Yonhap” agentliyinin məlumatına görə, hadisə nəticəsində 5 nəfər ölüb.

Helikopter yerli vaxtla səhər saat 10:50 radələrində yerli Buddist məbədi yaxınlığındakı yüksək əraziyə düşüb.

Qəzada parça-parça olan helikopterdə baş verən yanğın hadisə yerinə gələn yanğınsöndürənlərin səyi nəticəsində söndürülüb.

Gununsesi.info