CHP lideri İmamoğlu və Yavaş haqqında: “İkisindən biri prezidentliyə namizəd olacaq”

  • By Mina
  • 08 Aprel 2024 17:10

CHP lideri Özgür Özəl, İstanbul və Ankara bələdiyyə başqanları Əkrəm İmamoğlu ilə Mansur Yavaşın prezident seçkilərində mümkün namizədliyi ilə bağlı sualı futbol terminləri ilə şərh edib.

 

Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, o hər iki CHP-li bələdiyyə başqanını “forvet”ə bənzədərək “günü gəldiyində yoldaşlarımızdan biri prezidentliyə namizəd olacaq” deyib.

 

İqtidara yaxın “Sabah” qəzetindən Yavuz Donata müsahibə verən Özgür Özəlin sözlərinə görə, “hazırda komandada iki forvet var – Mansur Yavaş və Əkrəm İmamoğlu. Amma bir çox yeni figur da parlayır. Ən önəmlisi bu adlardan yaxşı komanda qurmaqdır. Matçın son dəqiqəsində bir penaltı qazanıldığında baş məşqçi “buraxın, mən atım” deməz, qolu ən yaxşı oyunçusuna atdırar”.
Ö.Özəl deyib ki, CHP-li bələdiyyə sədrləri öz aralarında çox yaxşı işlər görməlidirlər: “Günü gəldiyində də yoldaşlarımızdan biri prezidentliyə namizəd olacaq. Türkiyədə hamımıza yetəcək, xidmət edə biləcəyimiz qədər mövqe var”, deyə CHP lideri əlavə edib.

 

Gununsesi.info