Naxçıvan Ali Məclisində audit aparılır

  • By Mina
  • 08 Aprel 2024 16:58

Hazırda həm Milli Məclisin, həm də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin auditi aparılır.

Gununsesi.info xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov mətbuat konfransında çıxışı zamanı deyib.

V.Gülməmmədov bildirib ki, auditlərin nəticəsi yekunlaşmadığı üçün geniş məlumat vermək olmur.

Gununsesi.info