Ötən həftə 188 mindən artıq ağac əkilib

Ölkə ərazisinin meşə fondu torpaqlarında ötən həftə ərzində Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə 188 min 60 ədəd ağac tingi əkilib, 2 min 200 kiloqram toxum səpilib.

Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov Gununsesi.info-ya bildirib ki, ağacəkmə və meşəbərpa tədbirləri Şabran, Siyəzən, Oğuz, Qəbələ, Qax, Şəki, Qobustan, Sabirabad, Samux, Şəmkir, Lerik və Masallı rayonlarının meşə fondu torpaqlarını əhatə edib.

 

 

Gununsesi.info