Çernobıl AES təcrid zonasında yenidən yanğın başlayıb.
Gununsesi.org xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidmətinin saytında məlumat verilib. Qeyd edilib ki, 10 gün davam edən meşə yanğınlarından sonra yaranan 3 yeni yanğın ocağı genişmiqyaslı deyil və kritik obyektlər üçün təhlükə yaratmır.
Yanğınsöndürənlər yanan kötükləri, ağac qırıntılarını, torf bataqlıqlarını sulamaqda davam edirlər. Tüstülənmənin genişlənməsinə güclü küləyin əsməsi səbəb olur.
Gununsesi.org
COMMENTS