“Çelsi”nin sabiq futbolçusu vəfat edib

  • By Günel
  • 06 Noyabr 2024 21:04

İngiltərənin “Çelsi” klubunun sabiq futbolçusu Con Dempsi vəfat edib.

Gununsesi.info xəbər verir ki, İrlandiya yığmasında çıxış etmiş müdafiəçi 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Dempsi 1969-1978-ci illərdə “Çelsi”də çıxış edib. O, “zadəganlar”ın heyətində İngiltərə Kubokunu və UEFA Kuboklar Kubokunu qazanıb.

Gununsesi.info