Millimiz Lüksemburqa da uduzdu

  • By Günel
  • 02 Noyabr 2024 23:02

17 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının I seçmə mərhələsində sonuncu oyununu keçirib.

Gununsesi.info xəbər verir ki, B liqasının V qrupunda yer alan U-17 Lüksemburqun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Lüksemburqun Bettemburq şəhərində yerləşən “Munisipial” stadionunda təşkil olunan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-17 millimiz bundan öncəki matçda Serbiya yığmasına 0:10 hesabı ilə uduzmuşdu.

Gununsesi.info