Cəlilabadda 15-ci əsrə aid qoç fiquru aşkarlanıb - FOTOLAR

Cəlilabad rayonunda 15-ci əsrə aid olduğu bildirilən qoç fiquru aşkar edilib.

Gununsesi.info xəbər verir ki, fiqur Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Cəlilabad rayonunun tarixi abidələr üzrə mühafizəçiləri tərəfindən tapılıb.

Yerli tarixçi Elşad Əmənovun sözlərinə görə, tapıntı təxminən 15-ci əsrə aiddir.

Onun sözlərinə görə, bu, tarixi faktdır və Azərbaycan ərazisində ilk belə tapıntıdır.