“Ərdoğanın seçkidəki rəqibləri Azərbaycanı hədəfə almışdılar” -Bəhruz Məhərrəmov

“Güclü Türkiyə güclü Azərbaycan deməkdir. Amma mürəkkəb siyasi situasiyada İlham Əliyev göstərdi ki, həm də güclü Azərbaycan elə güclü Türkiyə deməkdir”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının iclasında deputat Bəhruz Məhərrəmov bildirib.

HTML tutorial

“Təsadüfi deyil ki, cənab Ərdoğanın seçkidəki rəqibləri onun özü ilə barəbər həm də Türkiyəni güclü edən Azərbaycanı hədəfə almışdılar, amma o adamlar da, onların Çinə çəkəcəkləri yol da, Azərbaycanda facebook statuslarını onların fotoları ilə süsləyən kəsim də getdi cənab Prezident demişkən o məşhur “statusun” yanına. Ümumiyyətlə, bizim coğrafiyada türklük kəlməsi çox istismar edilib, qətiyyətsiz, səriştəsiz və yersiz addımlarla, hətta ötən əsrin 90-cı illərində Türklüyü bu ölkədə milli ədavət alətinə çevirmişdilər. Amma məsələlərə açıq gözlə baxmaq lazımdır, gözləntilər reallıq əsasında olmalıdır. Bu mənada Şuşa bəyannaməsinin ikinci il dönümündə cənab Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri, şanlı qələbəsinin sevincini bizimlə bölməsi 21-ci əsrin Türk əsri olacağının müjdəsidir”, – deyə deputat vurğulayıb.

Gununsesi.info