Veteranlara yazılan cərimələrin silinməsi TƏKLİF EDİLDİ

“Birinci və İkinci Qarabağ müharibəsi veteranlarının avtomobillərin texniki baxışdan keçirilmsi ilə bağlı problemlər var”.

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Məclisin növbədənkənar sessiyasının iclasında deputat Vüqar İskəndərov bildirib.

HTML tutorial

“Onlara verilən avtomobillər texniki baxışdan keçirilmirdi. Onlar da bunu fürsət bilərək yazılan cərimələri ödəməyiblər. Bunu nəzərə alaraq cərimələrin silinməsini təklif edirəm”, – deyə deputat vurğulayıb.

Gununsesi.info