Bu gündən seçki bülletenləri çap olunacaq

Bu gündən seçki bülletenləri çap olunacaq

Bu gündən Milli Məclisə fevralın 9-da keçiriləcək seçkilərlə əlaqədar Milli Məclisin Mətbəəsində seçki bülletenlərinin çapına başlanacaq. 

Gununsesi.org-un “Secki-2020.az”a istinadən məlumatına görə, artıq seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər MSK-nın qərarına əsasən müəyyənləşdirilib.

Milli Məclisə seçkilərlə əlaqədar isə 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap ediləcək.

Qeyd edək ki, seçki bülletenlərinin çap olunması prosesinin mühafizəsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.

Xatırladaq ki, Seçki Məcəlləsinin 99.4-cü maddəsinə əsasən, MSK-nın qərarı ilə müvafiq poliqrafiya müəssisəsi səsvermə gününə ən azı 10 gün qalanadək seçki bülletenlərinin hazırlanmasını təmin etməlidir.

Seçki bülletenlərinin MSK-dan dairə seçki komissiyalarına verilməsi fevralın 4-dək, dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi fevralın 6-dək başa çatmalıdır.

 

COMMENTS