Ronaldu Brayantın ölümü barədə:“Bu xəbəri eşitmək o qədər kədərlidir ki...”

Ronaldu Brayantın ölümü barədə:

Turinin “Yuventus” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu keçmiş basketbolçu Kobe Brayantın faciəli şəkildə həlak olmasına münasibət bildirib.

Gununsesi.org xəbər verir ki, bu barədə Chempionat.com informasiya yayıb.

“Kobe və qızı Jannanın ölümü ilə bağlı ürəkağrıdan xəbəri eşitmək o qədər kədərlidir ki… Kobe əsl əfsanə və bir çox insan üçün ilham mənbəyi idi”, – Ronaldu “Instagram” hesabında yazıb.

Gununsesi.org

COMMENTS