8 il öncə Kobinin helikopter qəzasında öləcəyini demişdi…

8 il öncə Kobinin helikopter qəzasında öləcəyini demişdi…

Məşhur basketbolçu Kobi Brayantın faciəvi ölümü ilə bağlı maraqlı məqam ortaya çıxıb.

Gununsesi.org xəbər verir ki, fanatlarından biri 41 yaşlı Brayantın helikopter qəzasında həlak olacağı haqqında illər əvvəl paylaşım edib.

Brayantın azarkeşi 2012-ci ildə tvitterdə Kobinin helikopter qəzasına düşəcəyini yazıb. Həmin azarkeşin etdiyi paylaşımın səbəbi isə əfsanəvi basketbolçunun helikopterlə həddindən artıq uçması olub.

Bu tvit isə qəzadan sonra ən çox müzakirə olunan mövzulardan biridir.

Bundan əlavə, 2016-cı ildə Brayantın helikopter qəzasında öləcəyi ilə bağlı cizgi filmi də çəkilib.

Gununsesi.org

COMMENTS