Gürcüstandan ölkəmizə 188 mln. dollarlıq avtomobil gətirilib

Gürcüstandan ölkəmizə 188 mln. dollarlıq avtomobil gətirilib

Bu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan Azərbaycana 17 504 ədəd avtomobil ixrac edib.

Gununsesi.org xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən məlumat verilib. Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi avtomobillərin ümumi dəyəri 187 903,5 min ABŞ dolları təşkil edib.

Cari ilin yanvar-oktyabr ayları ərzində Gürcüstanın avtomobil ixracının ümumi həcmi 529 470,8 min dollar təşkil edib. Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixracında 35,48% paya sahib olub. Hesabat dövrü ərzində Gürcüstanın avtomobil ixracı illik müqayisədə 5,1% artaraq ümumi ixracın 7,2%-ni təşkil edib.

Gununsesi.org

COMMENTS