
Son bir ildə Qarabağda vəziyyət kəskin şəkildə dəyişib və Rusiya sülhməramlılarının fəaliyyəti yeni şəraitə uyğunlaşdırılacaq.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Son bir il ərzində Qarabağda vəziyyət kəskin şəkildə dəyişib. 2022-ci ilin oktyabrında Ermənistanın baş naziri [Nikol Paşinyan] Qarabağ bölgəsini Azərbaycan ərazisi kimi tanıyıb.
O, bu mövqeyini bu ilin may və iyun aylarında Brüsseldə keçirilən sammitlərdə bir daha təsdiqləyib. Bununla da 2020-ci ildə Rusiya sülhməramlı kontingentinin regiona yerləşdirilməsi şərtləri ciddi şəkildə dəyişib.
19-20 sentyabrdakı toqquşmalardan sonra əhalinin kütləvi şəkildə region tərk etməsi fonunda sülhməramlılarının fəaliyyəti (mövcüd şəraitə – red) uyğunlaşdırılacaq. Bu haqda bir müddət əvvəl Rusiya prezidenti də deyib.
Artıq Rusiya sülhməramlılarının bir sıra stasionar və müvəqqəti müşahidə postları yığışdırılıb. Sülhməramlılarımıza aid prinsipial məsələlər artıq dediyimiz kimi, Bakı ilə müzakirə olunur”, – o, brifinqdə bildirib.
Səid Əhmədli
Gununsesi.info