Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib

Alimlər bir gündə Günəşdə ikinci ən yüksək dərəcəli “X” sinifli alovlanma qeydə alıblar.

 

Gununsesi.info xəbər verir ki, bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan (IPG) məlumat verilib.

 

“Mayın 11-də Moskva vaxtı ilə saat 14:44-də (Bakı vaxtı ilə 15:44 – red.) 3664 (S18W60) ləkələr qrupunda rentgen diapazonunda 46 dəqiqə davam edən X1.5 alovlanması aşkar edilib. Alovlanma QD-radiorabitəsinin (qısa dalğa – red.) pozulması ilə müşayiət olunub”, – məlumatda diqqətə çatdırılıb.

 

Ümumilikdə, son iki həftə ərzində ən yüksək X sinifinin 12 alovlanması baş verib.

Gununsesi.info