İspaniyanın Marbelya şəhərində polislər üç yeniyetmədə narkotik tapılandan sonra istintaqa başlayıblar.
Gununsesi.org İspaniyanın “20 minutos” qəzetinə istinadən xəbər verir ki, məktəblərin birində kinoloji sərgi keçirilirmiş. Xüsusi bölmə ilə tanışlığın öncə meydançada keçirilməsi nəzərdə tutulub, lakin külək və yağış səbəbindən tədbir təhsil müəssisəsində keçirilib.
Nümayiş zamanı heyvanlar narkotik iyi hiss ediblər. Araşdırma zamanı 14-15 yaşlı üç məktəblidə narkotik aşkarlanıb.
Gununsesi.org
COMMENTS