
Müxbirlik daha çox ürəyimə yatır. Küçələrdə, məkanlarda çəkiliş etmək üçün darıxıram. Yenə də arada çəkilişə gedirəm. Hazırda işim studiyaya bağlıdır. Amma xoşbəxtəmmi?! Səmimi hisslərimi deyim, çox fərqlidir. Mən 15 ilimi müharibə baş verən ərazilərdə, küçələrdə keçirmişəm.
Gununsesi.info xəbər verir ki, bu sözləri türkiyəli aparıcı Fulya Öztürk “CNN Türk”dəki işindən, hərbi müxbirlikdən ayrılaraq, FOX TV-də aparıcı olması barədə Teleqraf.com-a danışarkən deyib.
O, aparıcı kimi fəaliyyətə başlayanda ilk vaxtlar çox çətinlik çəkdiyini bildirib:
“Hansı kameraya baxacam, hardayam və sair. Hazırda bir az alışmağa başlayıram. Amma qəlbimə yatan çəkilişlərə getməkdir”.
F.Öztürk Şuşa TV açılarsa və dəvət gələrsə, böyük məmnuniyyətlə qəbul edəcəyini bildirib.
Gununsesi.info