Paşinyan separatçı generalı xüsusi korpusa gətirdi

  • By admin
  • 01 Noyabr 2021 21:50

Baş nazirin təqdimatı ilə Ermənistan prezidenti Armen Sərkisyan Samvel Poqosyanı Xüsusi Ordu Korpusunun qərargah rəisinin müavini təyin edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənista PA məlumat yayıb.

Qeyd edək ki, Xüsusi Ordu Korpusunun yaradılması haqda məlumat bu ilin avqustunda yayılıb. Ona 4-cü korpusdan istefa verən Artaq Budaqyan rəhbərlik edirdi.

Samvel Poqosyan 1971-ci ildə Samsxve-Cavaxetiyada anadan olub. Hazırda general-mayordur. Qarabağdakı separatçı-terrorçu hərbi hissələrdən birinin (19916-cı) komandir müavini, daha sonra isə “ordu komandanının” birinci müavini olub.

Gununsesi.info