
Azərbaycanın bir sıra rayonlarında zəlzələ olub.
Gununsesi.info xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Azərbaycanın Mil-Muğan iqtisadi rayonunun ərazisində 5,1 maqnitudalı zəlzələ olub.
Mərkəzin verilən məlumatına əsasən, seysmohadisə Bakı vaxtı ilə saat 22:05-də qeydə alınıb.
Məlumata görə, yeraltı təkanlar Mərkəzi Aran və cənub zonasında daha çox hiss olunub.
Gununsesi.info