Norveç Helsinki Komitəsindən hökumətə Qubad İbadoğlu çağırışı

  • By admin
  • 14 Sentyabr 2023 00:00

Norveç Helsinki Komitəsi müxalifətyönlü siyasətçi və alim Qubad İbadoğlunu dərhal həbsdən azad etməyə çağırıb.

Gununsesi.infonun xəbərinə görə, təşkilat  Qubad İbadoğlunu hökumətin siyasətilə razılaşmayan və şəxsi fikrini açıq şəkildə bildirən şəxs kimi xarakterizə edib.

“Uzun illər İbadoğlu Azərbaycanda vətəndaş cəmiyyətinin cəsarətli liderlərindən biri olub, korrupsiya, insan hüquqlarının pozulması kimi təhlükəli mövzuları araşdırmağa hazır olub, Azərbaycanda insan hüquqları və demokratik prinsipləri müdafiə edib. Onun fəallığı Azərbaycan hakimiyyətinin gizlətməyi üstün tutduğu bir çox həqiqətlərə işıq salır və  siyasətçinin cəsarətli və qanuni fəaliyyəti ona baha başa gəlir”.

Bəyanatda daha sonra deyilir:

”Onun fəallığına və fədakarlığına heyran olan Norveç Helsinki Komitəsi Qubad İbadoğlunun dərhal və qeyd-şərtsiz azadlığa buraxılması çağırışını təkrarlayır”.

 

Tərcümə:

Elmar