Türkiyə MN Ermənistanı Azərbaycanın sülh təşəbbüslərini dəstəkləməyə çağırdı

“Ermənistanın Cənubi Qafqazdakı sabitlik üçün Azərbaycan tərəfindən uzadılan sülh əlini tutmasını arzu edirik”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Türkiyə Milli Müdafiə Nazirliyinin media və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk brifinqdə deyib.

O, Qafqaz regionunun sülh şəraitində gələcəyə doğru möhkəm addımlar atacağına inandığını qeyd edib: “Ermənistanın uzadılmış sülh əlini tutacağına ümid edir, Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olması üçün səmimi səyləri dəstəklədiyimizi bir daha bildiririk”.

 

Gununsesi.info