
Milli Gimnastika Arenasında batut gimnastikası üzrə 9-cu, tamblinq üzrə 21-ci ölkə çempionatı və Bakı birinciliyi keçiriləcək.
Gununsesi.info xəbər verir ki, yarışlarda idmançılar müxtəlif yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar.
Tamblinq üzrə turnirdə qaliblər təsnifat mərhələsində iki çıxışın cəminə əsasən müəyyənləşəcək.
Qeyd edək ki, yarışlar fevralın 14-dən 15-dək davam edəcək.