
Azərbaycan Kubokunun 1/4 final mərhələsində ikinci günün son oyununda “Qarabağ” səfərdə “Səbail”i 1:0 hesabı ilə məğlub edib.
Gununsesi.info xəbər verir ki, “ASCO Arena”da baş tutan matçda yeganə qolu Yassin Benzia vurub.
Əlcəzairli futbolçu 35-ci dəqiqədə topu tora qovuşduraraq adını tabloya yazdırıb.
Tərəflər arasında cavab oyunu fevralın 27-də keçiriləcək.
Qeyd edək ki, ilk oyun günündə “Neftçi” səfərdə “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib, “Sabah” – “Sumqayıt” oyununda qapılara qol vurulmayıb – 0:0. Günün ilk qarşılaşmasında isə “Zirə” səfərdə “Araz-Naxçıvan”a məğlub olub – 0:1.