Çin-Tayvan gərginliyi davam edir: - Ada ətrafında hərbi fəallıq artır...

Tayvan Müdafiə Nazirliyi adanın ətrafında 6 Çin şarının aşkar edildiyini açıqlayıb. Balonlarla yanaşı, hərbi təyyarə və döyüş gəmilərinin də göründüyü bildirilir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Tayvan ətrafında rekord sayda Çin şarları görülüb. 

Tayvan Müdafiə Nazirliyindən verilən açıqlamada, 24 saat ərzində Tayvan adası yaxınlığında 16 min və 20 min fut yüksəkliklərdə 6 Çin şarının təsbit edildiyi bildirilib.

Açıqlamada şarlardan birinin birbaşa adanın üzərindən uçduğu və eyni 24 saat ərzində Tayvan yaxınlığında 9 Çin hərbi təyyarəsi, 6 hərbi gəmi və 2 rəsmi quruma aid gəminin göründüyü bildirilib.

Pekin rəhbərliyi Tayvanın Çinin bir hissəsi olduğunu bildirərkən, Tayvan “müstəqil ölkə” olduğunu iddia edir. Dinc yolla birləşmə adı altında Tayvanı Çinə ilhaq etmək istəyən Pekin rəhbərliyi buna nail olmaq üçün güc tətbiq etməkdən çəkinməyəcəyini bildirir.

Tayvan deyir ki, Çin hava şarları ilə onun “boz zonasını” pozur.

Orxan Saffari

Gununsesi.info