Kremldən Bakıdakı “Rus Evi”nin bağlanmasına dair açıqlama

“Kreml Bakıda “Rus Evi”nin bağlanmasını anlaşılmazlıq hesab edir”.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Kreml vəziyyətin nizamlanacağına ümid edir: “Bununla bağlı təəssüflənirik. Bunun nizamlana bilən anlaşılmazlıq olduğunu hesab edirik”.

 

Gununsesi.info