Dünya yeni bir epidemiya ilə üz-üzədir

Mədə və bağırsaq infeksiyalarına səbəb olan norovirusa yoluxma halları ABŞ-dan sonra Birləşmiş Krallıqda rekord səviyyədə artmaqdadır. Mütəxəssislər epidemiyaya qarşı diqqətli olmaq barədə xəbərdarlıq edir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, son bir həftə ərzində İngiltərə xəstəxanalarında gündə orta hesabla 961 nəfər ishal, qusma və norovirusa bənzər simptomlarla müalicə olunub. Bu rəqəm əvvəlki həftə ilə müqayisədə 7 faiz artaraq mövsümün ən yüksək səviyyəsinə çatıb. Ötən il eyni dövrdə 570, iki il əvvəl isə 750 hadisə qeydə alınıb.

Bu arada, İngiltərədə qripə yoluxma halları ardıcıl dördüncü həftədir ki, azalıb. Ötən həftə xəstəxanalarda 2461 qrip xəstəsi müalicə olundusa, bir həftə əvvəl bu rəqəm 3019 idi. Qrip hallarının bu qədər azalmasına baxmayaraq, norovirusa yoluxma hallarının artması narahatlıq doğurur.

Norovirus mədə və bağırsaqların iltihabına (qastroenterit) səbəb olan çox yoluxucu virusdur. Pall Mall Medical Dr Chun Tang təhlükənin yayılma sürətinə diqqət çəkərək, “Norovirus çirklənmiş qida, su, səthlər və ya yoluxmuş insanlarla birbaşa təmas vasitəsilə asanlıqla yayılır” deyir.

Norovirus infeksiyasının ümumi simptomlarına ürəkbulanma, ishal və qusma daxildir. MedExpress-dən Dr “Bəzi xəstələrdə qızdırma, baş ağrısı və əzələ ağrıları da ola bilər”

Norovirus hər kəsə təsir edə bilər, lakin qapalı yerlərdə daha tez yayılır.

Norovirusun yayılmasının qarşısını almağın ən təsirli yolu əl gigiyenasına diqqət yetirməkdir.

Mütəxəssislər deyirlər ki, norovirus əlamətləri olan insanlar mütləq həkimə müraciət etməlidirlər. Epidemiyanın yayılmasının qarşısını almaq üçün gigiyena qaydalarına riayət etmək həyati əhəmiyyət kəsb edir.

Orxan Saffari

Gununsesi.info