Başqırdıstan Respublikasının Tuymazin rayonunun Timirovo kəndində yaşayış evndə baş verən yanğın nəticəsində 6 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Gununsesi.org “Report”a istinadən xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazriliyinin Mətbuat xidməti yayıb.
Bildirilib ki, yanğın yerli vaxtla səhər saatlarında qeydə alınıb.
Hadisə yerinə 8 yanğınsöndürən və 18 heyət üzvü cəlb olunub. Yanğın bir saata söndürülüb.
Hadisənin səbəbi araşdırılır.
COMMENTS