Böyük Britaniya kraliçası doğum gününü təmtəraqsız qeyd edəcək

Böyük Britaniya kraliçası doğum gününü təmtəraqsız qeyd edəcək

Böyük Britaniya kraliçası II Elizabetin sabah 94 yaşı tamam olur.

Gununsesi.org axşam.az-a istinadən bildirir ki, kraliça taxtda olduğu 68 il ərzində ilk dəfə ad gününün atəşfəşanlıq etmədən qeyd olunmasını istəyib.

Buna səbəb isə dünyada sürətlə yayılmağa davam edən koronavirus pandemiyasıdır.

Elizabet hesab edir ki, ölkəsində 16 min nəfərdən çox insanın virusdan dünyasını dəyişdiyi bir zamanda bayram etmək yanlışdır.

Kraliça doğum günündə yalnız ailə üzvləri ilə videobağlantı vasitəsi ilə danışacaq.

 Qeyd edək ki, Böyük Britaniyada atəşfəşanlıq kral ailəsi ilə bağlı bəzi günlərdə təşkil olunur.

II Elizabet isə ad gününü ildə iki dəfə keçirir. Onun parad və el şənlikləri ilə qeyd olunan rəsmi doğum günü havanın əlverişli olduğu iyun ayının ikinci şənbə günündə baş tutur.

Gununsesi.org

COMMENTS