
İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 687-yə çatıb.
Gununsesi.info xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada bölgədə ölən və yaralananlarla bağlı məlumat verilib.
Açıqlamada İsrailin Qəzzaya hücumları nəticəsində 140-ı uşaq, 105-i qadın olmaqla 687 nəfərin həlak olduğu, 3726 nəfərin isə yaralandığı bildirilib.
Səid Əhmədli
Gununsesi.info