
Komandanlıq bütün İsrail vətəndaşlarının mobil telefonlarına xəbərdarlıq göndərərək israillilərdən ən azı 3 gün ərzində ilk yardım dəsti, akkumulyatorla işləyən fənər, qida və su da daxil olmaqla kifayət qədər ləvazimat hazırlamağı xahiş edib.
Gununsesi.info xəbər verir ki, HƏMAS-ın İsrailə qarşı həyata keçirdiyi “Əl-Əqsa tufanı” əməliyyatından sonra İsraildən ardıcıl hərəkətlər gəlir. İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağının intensiv bombardmanları davam edərkən, İsrail Daxili Cəbhə Komandanlığı İsrail vətəndaşlarının mobil telefonlarına xəbərdarlıq mesajı göndərib.
Komandanlıq tərəfindən edilən xəbərdarlıqda bütün İsrail vətəndaşlarından ilk yardım dəsti, akkumulyatorla işləyən fənər, qida və su da daxil olmaqla ən azı 3 gün kifayət edəcək ləvazimat hazırlamaları istənilib.
Digər tərəfdən, İsrail ordusunun sıx bombardman və blokada altında olan Qəzzaya qısa müddətdə qurudan hücuma keçəcəyi iddia edilir.
Səid Əhmədli
Gununsesi.info