Gəncədə üç günlük körpə öldü

Gəncədə üç günlük körpə vəfat edib.

Gununsesi.info xəbər verir ki, hadisə Gəncə şəhər Regional Perinatal Mərkəzində baş verib.

HTML tutorial

Məlumata görə, Qazax rayonunun Çaylı kənd sakini, 1987-ci il təvəllüdlü qadın yanvarın 12-də mərkəzdə qeysəriyyə yolu ilə körpə dünyaya gətirib.

Körpəyə tənəffüs pozğunluğu və beyin mədəciklərinə daxili qansızma diaqnozu qoyulub. O, yanvarın 15-də vəfat edib.

Gununsesi.info