Gəncədə universitet yataqxanasında yanğın baş verdi

Gəncədə yanğın hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) yataqxanasında qeydə alınıb.

HTML tutorial

Yataqxananın 7-ci mərtəbəsində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, digər ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Gununsesi.info