Özünü məktəb binasından atan şagirdin vəziyyəti açıqlandı

Yanvarın 16-da saat 13:00 radələrində Masallı şəhər R.Əlihəsənov adına 1 saylı tam orta məktəbin IX sinif şagirdi M.F.qızı məktəbin 3-cü mərtəbəsindən yıxılması nəticəsində xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

HTML tutorial

O, qeyd edib ki, hazırda xəstənin vəziyyəti sabitdir və xəstəxanada şagirdə Elm və Təhsil nazirinin müşaviri Rüstəm Ağayev və Regional Təhsil İdarəsinin rəhbəri Elxan Nəcəfov baş çəkiblər.

Gununsesi.info