Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib.
Gununsesi.org xəbər verir ki, istedadlı aktrisa “Instagram” hesabında öz fotosunu paylaşaraq, koronavirus pandemiyasına görə Türkiyədə 20 yaşına çatmayan şəxslərin küçəyə çıxmasının qadağan edilməsi haqqında zarafat edib.
“20 yaşdan aşağı insanlara qadağa gəldi. Son dəfə küçəyə çıxdım”, – Cavadzadə yazıb.
Cazibədar aktrisanın paylaşımını qısa müddətdə minlərlə insan bəyənib və şərh yazıb. Aktrisanın zərifliyinə diqqət çəkən bəzi izləyiciləri “50 kiloqramdan aşağı olanlara küçəyə çıxmaq qadağan edilərsə, məyus olarsan” şərhini yazıblar.
Gununsesi.org
COMMENTS