ABŞ-ın hərbi bazasına 8 raket atıldı – Yaralananlar var

ABŞ-ın hərbi bazasına 8 raket atıldı – Yaralananlar var

ABŞ-ın İraqdakı “Balad” Hərbi Hava Qüvvələrinin bazası raket atəşinə tutulub.  İraqın Səlahəddin əyalətində yerləşən hərbi bazaya edilən hücum zamanı obyektə 8 raket fırladılıb.

Gununsesi.org “Reuters”ə istinadən xəbər verir ki, hava zərbələri “Katyusha” tipli raket qurğularından endirilib.

 Olay zamanı 4 nəfər yaralanıb. Hərbi bazada Amerika əsgərləri ilə yanaşı, iraqlı hərbçilər də var.

Qeyd edək ki, “Balad” bazası Bağdaddan 80 kilometr şımalda yerləşir. Bir neçə gün əvvəl bu baza artıq raket hücumuna məruz qalıb.

Gununsesi.org

COMMENTS