İranda yol-nəqliyyat hadisəsi nəticəsində dörd Azərbaycan vətəndaşı ölüb.
Gununsesi.org-un məlumatına görə, hadisə Ərdəbil şəhərində qeydə alınıb.
Ölənlərin ikisi İrana müalicə məqsədi ilə gedən Biləsuvarın Çaylı kənd sakinləri olan ər-arvad – 1956-cı il təvəllüdlü Mürşüd Kərimov və 1961-ci il təvəllüdlü Müşkünaz Kərimovadır.
Digər iki nəfərin şəxsiyyəti hələlik məlum deyil.
COMMENTS