Tütün və tütün məmulatlarının istehsalı artırılacaq

Tütün və tütün məmulatlarının istehsalı artırılacaq

Azərbaycanda tütün və tütün məmulatlarının istehsalının artırılması üçün tədbirlər görüləcək.

Gununsesi.org-un məlumatına görə, bu, Baş Nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinə 2020-ci ili sonunadək hər rüb tütün və tütün məmulatlarının istehsalının artırılması, həmin məmulatların idxalının azaldılması istiqamətində müvafiq tədbirlər görmək və nəticələri barədə hesabat təqdim etmək tapşırılıb.

 

Gununsesi.org

COMMENTS