Həmyerlisini öldürüb meşəyə atdı

Həmyerlisini öldürüb meşəyə atdı

İmişlidə meşə zolağında meyit tapılıb. 

Gununsesi.org xəbər verir ki, yanvarın 10-da saat 5 radələrində qeydə alınıb.

Ağamalılar kəndi ərazisində şəhər sakini Zaur Əliyevin bıçaqla qətlə yetirilmiş meyitinin tapılması barədə rayonun polis və prokurorluq orqanlarına məlumat daxil olub.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini E.Quliyev saxlanılıb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Gununsesi.org

COMMENTS