Kanada, Böyük Britaniya, İsveç, Əfqanıstan və Ukrayna “Boeing” təyyarəsinin vurulmasına görə İrandan kompensasiya tələb ediblər.
Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Xarici İşlər naziri Fransua-Flipp Şampan həmin ölkələrin nümayəndələrindən ibarət qrupun Londonda keçirilən görüşünün yekunları barədə danışarkən bildirib.
“İran kompensasiya ödəməlidir”, – deyə o bəyan edib.
Qeyd edək ki, beş ölkə qəza qurbanlarının qohumlarına təhqiqatın gedişində qəzanın səbəbləri barədə toplanan bütün informasiyanı çatdırmaq və onlara lazımi kömək göstərmək məqsədilə xüsusi qrup yaradıb.
Gununsesi.org
COMMENTS