Ermənistanın həbsdə olan ikinci prezidenti Robert Koçaryanın işində sürpriz gözlənilir.
Gununsesi.org xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Məlumata görə, ölkənin Konstitusiya Məhkəməsi Venesiya Komissiyasına və Avropa İnsan Hüquqları Məhkəməsinə toxunulmazlıq və 300.1-ci maddə ilə bağlı məsləhət rəyi almaq üçün müraciət edib.
“Avropa Məhkəməsində proses uzun sürür, onlar prokurorluğun, vəkillərin rəylərini almalı, sonra cavab verməlidirlər. Qərar 23-24 mart tarixləri arasında olacaq. Venesiya Komissiyasına gəlincə, fevralın sonuna qədər qərarın veriləcəyi gözlənilir”, – deyə nəşr öz mənbəsinə istinadən yazıb.
Bu qurumların rəyinin hüquqi qüvvəyə malik olmamasına gəlincə, mənbə bildirib: “Bəli, bunlar məsləhət və tövsiyə rəyləridir. Lakin hər hansı bir dövlət, məhkəmə orqanı, hətta məsləhət rəyinə qarşı qərar vermir. Bunlar o qədər səlahiyyətli quruluşlardır ki, onlara qarşı çıxmayacaqsan. Rəy aldıqdan sonra Konstitusiya Məhkəməsi ittihamın Ermənistan Konstitusiyasına uyğun olub-olmamasına qərar verməlidir. Uyğun olmamaqla bağlı qərar verilsə, ittiham götürülməlidir”.
Gununsesi.org
COMMENTS