Mayın 21-də saat 20 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.
Gununsesi.info xəbər verir ki, Zirə qəsəbə sakini S.Həsənov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən 8 yaşlı Umud Əzizovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş uşaq mayın 22-də orada ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.