
Bakıda avtomobil iki azyaşlı qızı vurub.
Gununsesi.info xəbər verir ki, Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. Rayon ərazisində hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetməni itirərək küçədə 2014-cü il təvəllüdlü Məmmədli Aysel Cavid qızı və 2015-ci il təvəllüdlü Məmmədli Həvva Cavid qızını vurub. Azyaşlılar təcili tibbi yardımla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info