Sami Şükrü İsrail və Fələstin rəhbərləri ilə danışıqlara başladı

  • By admin
  • 24 May 2021 21:06

Misirin xarici işlər naziri Sami Şükrü İsrail ilə Fələstin arasında atəşkəsin möhkəmlənməsi məsələlərini müzakirə etmək məqsədilə Ramallahda Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasla görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə jurnalistlərə məlumat verən Misir XİN-in sözçüsü Əhməd Hafiz misirli nazirin İsrail rəhbərləri ilə də görüşlər keçirəcəyini deyib.

Misirin xarici işlər naziri Mahmud Abbasla tərəflər arasında atəşkəs rejiminə əməl olunması, habelə Qəzza sektorunun bərpasını da müzakirə edib. S.Şükrü bundan əvvəl İordaniya Kralı II Abdulla ilə də danışıqlar aparıb.

Son rəqəmlərə görə, İsrail və HƏMAS arasında 11 gün davam edən döyüşlər zamanı 248 fələstinli, 13 israilli həlak olub. Hazırda tərəflər atəşkəsə tam şəkildə əməl edirlər.

Gununsesi.info