
Göygöl rayonunda ümumi sahəsi 50 m² olan yeməkxananın yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, yaxınlıqdakı avtomobil təmiri sexi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Nazirlikdən həmçinin bildirilib ki, Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gununsesi.info